image-rt-reklam
image-1backend

Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub

image-728x90

Bu gün Rusiyanın Moskva şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açılışı olub.

Ulusal.az “Report”-a istinadən xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev, Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov və Moskva Şəhəri Hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Vyaçeslav Manuylov və digər dövlət rəsmiləri, “Agalarov Development” şirkətinin təsisçisi, tanınmış iş adamı Emin Ağalarov, eləcə də Rusiya və Azərbaycanın turizm sənayesinin nümayəndələri iştirak ediblər.

F. Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələnin təməlini qoyduğunu və turizm əlaqələrini daha da gücləndirəcəyini qeyd edib. Agentlik sədri bildirib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin tərkib hissəsi kimi turizm əlaqələri çoxillik tarixə əsaslanır və onların inkişafına əsas təkan dövlət başçılarının bu sahəyə göstərdiyi xüsusi diqqətdən irəli gəlir.

Tədbir çərçivəsində, həmçinin iki ölkə arasında turizm sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, turizm nümayəndəliyin açılmasında əsas məqsəd Rusiya turizm sənayesi ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanın turizm potensialını və məhsullarını təbliğ etmək, habelə Rusiya bazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir.

Nümayəndəlik turizm şirkətləri və dövlət qurumları ilə münasibətləri formalaşdırmaq, marketinq və media kampaniyalarını idarə etmək, tədbirlər təşkil etmək və turizm agentlikləri, eləcə də media ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək funksiyasını həyata keçirəcək.

Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” QSC və Rusiyanın aviadaşıyıcıları Azərbaycanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirərək iki ölkə arasında fasiləsiz hava əlaqəsini təmin edir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan səfər edənlərin sayı 564 008 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90