Rusiya İrandan yenə dron və ballistik raket sifariş edib. Ulusal.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Zeit” nəşri çıxış edib. Nəşr iddia edir ki, “İran Rusiyaya PUA və ballistik raketlərin tədarükünü əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bir neçə yüz mərmi və yüzlərlə dron var. Onların artıq göndərildiyi ehtimalı azdır, lakin onların sifariş kitablarında olduğu şübhə doğurmur”.
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Podolyak öz Tvitter hesabında bildirib ki, “Rusiya Federasiyası Yaxın Şərqi partlatmaq üçün İrana hərbi texnologiyalarla yardım edir. Bu, artıq Ukrayna məsələsi deyil, qlobal təhlükəsizlik məsələsidir”






















