image-rt-reklam
image-1backend

“Rusiya Ukraynanın dəvətini qəbul etməyəcək” – Kreml sülh istəmədiyini təsdiqlədi

image-728x90

Rusiya Kiyevin Moskvanı dəvət etməyə hazırlaşdığı Ukrayna üzrə ikinci sülh sammitində iştirak etmək niyyətində deyil.

Ulusal.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”-yə Kiyevin Moskvanı ikinci sammitə dəvət etmək planlarını şərh edərkən deyib.

Ukraynaya qarşı işğalçılıq müharibəsini sürdürən Kremlin təmsilçisi Rusiyanın hərbi cinayətlərini bir tərəfə qoyaraq, sülh sammitinin təşkilatçılarını “dələduzluqda” günahlandırmaqdan çəkinməyib: “Biz bu cür ultimatumları qəbul etmirik və bu cür “zirvə görüşlərində” iştirak etmək fikrində deyilik. Biz Kiyev rejiminin və onun Qərb kuratorlarının bu ilin iyun ayının ortalarında İsveçrədəki uğursuz sülh sammiti üçün “özlərini reabilitasiya etmək” və oxşar tədbir keçirməyə çalışmaq niyyətlərini bilirik”.

Qaluzin Qərb ölkələrinin “Ukrayna böhranının həlli üzrə digər təşəbbüslərə qəsdən məhəl qoymadıqlarını” deyib.

“RİA Novosti” Ukrayna üzrə növbəti sammitin Səudiyyə Ərəbistanında keçirilə biləcəyini qeyd edib. Bildirilir ki, Ukrayna ABŞ-də prezident seçkiləri öncəsi ikinci sülh konfransı keçirməyi planlaşdırır və Rusiyanı bu konfransa dəvət etmək istəyir. Lakin göründüyü kimi, Kreml hələ ki, gerçək sülhdə maraqlı deyil və Ukraynaya qarşı kapitulyasiya tələblərini davam etdirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90