image-2000x150
image-6469aeb1b2b2cbackend

Rusiya Ukraynanın daha bir şəhərini ələ keçirdi

image-728x90

Rusiya Müdafiə Nazirliyi Baxmut şəhərini nəzarətə götürdüklərini bildirib.

Nazirlik Donetsk vilayətindəki Baxmutda Ukrayna ordusu ilə döyüşdə son vəziyyətlə bağlı açıqlama verərək bildirib: “Vaqner” hücum dəstələrinin Artyomovsk (Baxmut) taktiki istiqamətində “Cənub” hərbi hissələrinin artilleriya və aviasiya vasitələrinin dəstəyi ilə hücum əməliyyatı nəticəsində Artyomovsk şəhərinin ələ keçirilməsi başa çatıb”.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Vaqner” mühafizə şirkətinin muzdlularını və Rusiya Silahlı Qüvvələrinin əsgərlərini Baxmut şəhərini aldıqları üçün təbrik edib.

Kremldən verilən yazılı açıqlamada uğur qazanan hər kəsin dövlət medalı ilə təltif ediləcəyi bildirilib.

Rusiyanın “Vaqner” mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin də bəyan edib ki, Baxmutu tamamilə ələ keçiriblər.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə Baxmutda vəziyyətin gərgin olduğunu və Ukrayna hərbçilərinin xətti saxladıqlarını bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90