image-rt-reklam
image-1backend

Rusiya Ukraynanın 6 PUA-sını vurub

image-728x90

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Ulusal.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib.

Məlumata görə, 6 PUA zərərsizləşdirilib. Hadisə nəticəsində tələfat və dağıntının qeydə alınmadığı bildirilib.

Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, son vaxtlar Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə PUA-larla zərbələr endirir.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə daha əvvəl savaşın sürətlə Rusiya ərazisinə keçəcəyini söyləyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90