image-rt-reklam
image-downloadbackend

Rusiya-Ukraniya müharibəsi başladıqdan sonra Azərbaycan ondan çox Avropa ölkəsindən sifarişlər alıb

image-728x90

Rusiya qazından əlini üzən Avropa bütün gücü ilə qarşıdan gələn payız-qış mövsümündən itkisiz çıxmaq üçün hazırlıqlar görməkdədir. Bu məqsədlə qaz aldıqları bütün mənbələrdən alış həcmlərini artırmaqla bağlı razılaşmalar əldə olunub, Avropanın özündə ciddi qənaət rejimi tətbiq edilib.

Hazırda Avropa qaz qiymətlərinə yuxarı hədd təyin olunması üzərində işləyir: yüksək enerji qiymətləri iqtisadiyyata dağıdıcı təsir göstərir. Əvvəlcə yalnız Rusiya qazına münasibətdə edilən tavan təklifi artıq bütün növ qaz üçün hazırlanır. Avropa Komissiyasının daxili bazar üzrə komissarı Tyerri Breton artıq Rusiya qazına qiymət tavanı müəyyənləşdirilməsinin əhəmiyyət kəsb etmədiyi fikrindədir. “La Repubblica” nəşrinə müsahibəsində o bildirib ki, Avropa Rusiyadan qaz asılılığını minimuma salıb və bundan sonra ona qiymət tavanının təyin olunması əhəmiyyətsizdir. Komissarın sözlərinə görə, ümumiyyətlə, eneridaşıyıcılarına qiymət tavanının müəyyənləşdirilməsi üçün müxtəlif variantlar müzakirə olunur: “Bu, çox mürəkkəb mövzudur. İqtisadiyyatda hər hansı məhsula qiymət tavanının müəyyənləşdirilməsi heç də həmişə funksional olmur. Cənubi Avropa və şimal ölkələrinin, xüsusilə də Norveçin boru qazına qiymət tavanı təyin olunmasına yanaşması, nə qədər hazıq olmasını öyrənmək lazımdır. Ən yaxşı qərarın qəbulu üçün müəyyən vaxta ehtiyac var”.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen dünən Avropa Parlamentindəki çıxışında qaz qiymətinə tavan təyin olunması niyyətindən daşınmadıqlarını bəyan edib. Xanım Lyayen bildirib ki, qiymət tavanının qazı satan ölkə ilə Avropa İttifaqı arasındakı münasibətlərə uyğun müəyyən olunmasına dair təklif hazırlanır: “Biz satıcı ölkə ilə münasibətlərimizin xaraktrinə uyğun qiymət tavanının müəyyənləşdirilməsini nəzərdə tutan təklifimizi hazırlayırıq”. Onun sözlərinə görə, təklif ağlabatan olmalıdır.

AK rəhbəri maraqlı açıqlama verərək, artıq Avropa İttifaqı ilə Norveç arasında qiymət tavanının müəyyənləşdirilməsi üzrə işçi qrupun yaradıldığını deyib: “Mən Norveçin baş naziri Yonas harom Stere ilə qaz qiymətlərinə ağlabatan həddə məhdudiyyət tətbiq olunması üzrə işçi qrupun yaradılması barədə razılığa gəlmişəm. Artıq işçi qrup fəaliyyətə başlayıb”.

İtaliyanın modernləşmə və transformasiya naziri Roberto Çinqolani isə bildirib ki, Avropa Birliyində qazın qiymətinə Niderlandın TTF birjasındakı qiymətin 60-65 faizi həddində məhdudiyyət tətbiq edilməsi enerji qiymətlərinin sürətlə bahalaşdığı indiki dövrdə istehlakçılara “ciddi rahatlıq” gətirə bilər: “Biz qaza görə ödənişi YYF birjasındakı kotirovkalar əsasında həyata keçiririk. Bu, volatil, reallıqda həm də spekulyativ bazardır. Biz qaza, istiliyə və enerjiyə görə həcmlə heç bir əlaqəsi olmayan qiymət ödəyirik. Buna görə də qiymətlərə TTF-dəkinin 60-65 faizi həcmində tavan müəyyənləşsə, yaxud boru qazının qiyməti maye qaza bağlansa, istehlakçıları xeyli rahatladarHazırda Avropa Birliyinin 18 ölkəsindəki 160 qaz anbarında dolumluluq səviyyəsi 83 faizdən yuxarıdır. Bu isə heç bir əlavə mənbə olmadan Birlik ölkələrinin qaz tələbatının 21 faizini qarşılamağa imkan verir. Qışa qədər anbarların 90 faiz doldurulması Avropa Birliyinin bu qışı Rusiya qazı olmadan rahatlıqla yola verməsini təmin edəcək. Hesablamalara görə, Rusiyadan nəql tamam dayansa belə, martın sonuna Avropanın anbarlarında 20 faizədək qaz qalacaq. Avropa Komissiyasının qənaət qərarına əməl olunarsa, anbarlarda 30 faizə qədər qazın növbəti mövsümə keçməsi ehtimalı böyükdür.Avropa Komissiyası elektrik enerjisinin bahalaşmasına görə əhalinin artan xərclərinə dəstək vermək üçün qazdankənar mənbələrdən enerji istehsal edən şirkətlərə əlavə verginin təyin olunmasını da təklif edir. Ursula fon der Lyayenin dediyinə görə, milyonlarla avropalı enerji haqqının ödənməsində çətinlik: “Biz onların gəlirlərinin məhdudlaşdırılmasını təklif edirik. Bunun nəticəsində 140 milyard avrodan artıq əlavə vəsait toplaya və onu ehtiyaclı insanlara yönəldə bilərik”.

Avropa Komissiyası həmçinin təmiz enerji mənbəyi olan hidrogen bazarının yaradılmasına 3 milyard avro ayıracaq. Lyayenin dediyinə görə, hidrogen Avropada oyun qaydalarını kökündən dəyişə bilər: “Hidrogen iqtisadiyyatı spesifik bazarından kütləvi bazara köçürülməlidir. Biz Avropa hidrogen bankını yaradacağıq və 3 mlrd. Avro gələcək hidrogen bazarının yaradılmasına kömək edəcək” .Qeyd edək ki, Avropanın qaz alışını artırmaq istədiyi ölkələrdən biri də Azərbaycandır. Ukrayna müharibəsi başlanandan bəri çoxsaylı Avropa ölkələri Bakıdan qaz almaq, yaxud daha çox almaq üçün müraciət edirlər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyinə görə, Avropaya qaz ixracını artırmaq üçün Azərbaycanla danışıqlar gedir: “Rusiya qazı kəsiləndən sonra Balkan yarımadası ölkələri, Şərqi Avropa ölkələri öncə üzünü Türkiyəyə, daha sonra can Azərbaycana döndərdi”.Türkiyə XİN rəhbəri bildirib ki, Azərbaycanın təbii qazına ehtiyacları var: “Bizim TAP və TANAP, digər təbii qaz boru xətləri ilə bərabər bu ölkələrə yardım etmək üçün lazımi tədbirləri görürük. Bu ölkələr bizə müraciət edir, biz də Azərbaycanla danışıqlara gedirik ki, təbii qaz ixracını, TANAP-ın perspektivdə potensialını nə qədər artıra bilər? Hazırda bu rəqəm 16 milyard kubmetrdir, 2023-cü ilin sonunda bu rəqəm 26 milyard kubmetrə, 2024-cü ilin sonunda bu rəqəm 31 milyard kubmetrə çatacaq. Demək olar ki, ikiqat artım deməkdir. Əlbəttə, bizim də təbii qaza ehtiyacımız var. Amma bu ölkələri də düşünürük”.

Bakı Dövlət UniversitetiTələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90