image-2000x150
image-d1573779-bf8f-4de1-a912-659d20954313backend

“Rusiya ordusu Baxmutda təmas döyüşləri aparmağa başlayıb” – Ukrayna SQ

image-728x90

“Rus ordusu Baxmutda təmas döyüşləri aparmağa başlayıb”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin komandirlərindən biri polkovnik Dmitri Zavorotnyuk deyib.

Onun sözlərinə görə, qarşı tərəf taktikanı dəyişib: “İndi düşmən 5-6 nəfərlik kiçik qruplar şəklində hücum əməliyyatlarını davam etdirir. Əlbəttə, Baxmut qorunmalıdır. Biz rusları ciddi itkilərə məruz qoyuruq. Əgər Ukrayna Silahlı Qüvvələri geri çəkilsə, ruslar başqa istiqamətdə hücuma keçəcəklər. Onlar Ukrayna şəhərlərinə qarşı hücumu davam etdirəcəklər”.

D.Zavorotnyuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri qarşı tərəfə adekvat cavab verir: “Hamı başa düşür ki, düşmənin qarşısını almaq və məhv etmək lazımdır”.

Qeyd edək ki, Donetsk vilayətinin Baxmut şəhərində altı aydan çoxdur Rusiya və Ukrayna Silahlı Qüvvələri arasında gərgin döyüşlər gedir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90