image-2000x150
image-1684310383_kiril-780x470backend

“Rusiya müxalifəti bizə məlumat ötürür”

image-728x90

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, silahlı münaqişə başa çatdıqdan sonra Ukrayna və Rusiya arasında 100 kilometrlik demilitarizasiya zonası yaradılmalıdır.

Bu barədə “Time” nəşri məlumat yayıb.

“Müharibənin dayandırılması məsələsi demilitarizasiya zonasının yaradılmasından asılıdır. Bu, bizim məqsədimizdir”,- o deyib.

Budanov onu da bildirib ki, Kiyev Rusiya müxalifəti ilə işləyir. Kəşfiyyat rəhbərinin sözlərinə görə, rusiyalı müxalifətçilər Kiyevi lazımi məlumatlarla təmin edirlər. Ancaq o, Ukrayna kəşfiyyatı ilə əlaqədə olanların adlarını açıqlamayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90