image-2000x150
image-1119576backend

Rusiya cəmi 80 qırıcı itirib, ordusu isə… – NATO generalı

image-728x90

Ukraynalılar Rusiya ordusuna qarşı əks-hücum etmək üçün yaxşı vəziyyətdədirlər.

Bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib.

O bildirib ki, ABŞ mümkün qəfil hücum üzərində ukraynalılarla birlikdə işləyib.

Kavolinin sözlərinə görə, Ukraynaya qarşı müharibədə çoxsaylı itkilərə baxmayaraq, Rusiyanın quru qoşunları bu gün müharibənin əvvəlində olduğundan daha çoxdur:

“Rusiya quru qoşunlarından başqa, istifadə edə biləcəyi bir sıra başqa imkanlara da malikdir. Hərbi-hava qüvvələri çox az itki verdi: 80 təyyarə itirdi. Onların daha 1000 qırıcı və qırıcı-bombardmançı təyyarəsi var”.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90