image-2000x150
image-1backend

RUSİYA 50 MİN HƏRBÇİSİNİ İTİRİB – “BBC” dəhşətli statistika yayımladı

image-728x90

Ukraynadakı müharibədə 50 mindən çox rus hərbçisi həlak olub.

Ulusal.az  xəbər verir ki, bu barədə “BBC”-nin internet resurlarındakı açıq mənbələr və öz hesablamaları əsasında dərc etdiyi məqalədə bildirilir.

Qeyd olunur ki, “BBC”-nin Rusiya xidməti, “Mediazona” və könüllülər 2022-ci ilin fevralından bəri Ukraynada həlak olan rus hərbçilərin ölüm faktlarını araşdırır.

Nəşrin hesablamalarına görə, müharibənin ikinci ilində Ukraynada 27300-dən çox rus əsgəri həlak olub. Ümumilikdə isə ölənlərin sayının 50 min nəfərdən çox olduğu bildirilir.

“BBC” qeyd edir ki, bu, 2022-ci ilin sentyabrında Moskvanın ölüm statistikası ilə bağlı açıqladığı son məlumatdan səkkiz dəfə çoxdur. Həmçinin qeyd olunur ki, bura Donetsk və Luqanskda həlak olan hərbçilər daxil deyil. Britaniya nəşri bu bölgələrin də daxil edilməsi ilə birlikdə sözügedən sayın daha çox ola biləcyini iddia edir

Materialda o da bildirilir ki, indiyə qədər Ukraynada təxminən 9 min rusiyalı məhbus həlak olub. Onların müharibədə ortalama 3 ay sağ qaldıqları vurğulanıb.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90