“Cəbhədə aktivlik artıb, mən buna taktiki təşəbbüs uğrunda mübarizə deyərdim. Bu fəal hərəkətlər sayəsində müdafiə qüvvələrimiz “Ukraynada ikinci ordunun” hücumunu tamamilə dayandırıb. Hardasa düşmən daha fəaldır, hardasa biz, bir çox istiqamətlərdə rus qoşunları hücum imkanlarını itirib”.
Bunu tanınmış ukraynalı hərbi bloger Yuri Butusov yazıb.
“Artilleriyalarımız dronlar vasitəsi ilə əldə olunan koordinatların vurulmasında çox fəal işləyir, düşmənin cəbhənin dərinliyindəki qüvvələrinə güclü raket zərbələri endirir, kəşfiyyat çox dəqiq fəaliyyətlər həyata keçirir”, – o əlavə edib.
Butusov vurğulayır ki, cəbhədə ağır döyüşlər gedir və təəssüf ki, itkilər daha çox Ukrayna tərəfdədir. Bununla belə rus ordsunun vəziyyəti də çox gərgindir.
Bloger bildirir ki, Rusiya kəşfiyyat qüvvələri fəal media kampaniyası aparır, Şoyqu və Gerasimov bununla səfərbər edilmiş hərbçilərin mənəvi döyüş ruhunu yüksəltməyə çalışırlar. “Düşmən dronların sayını artırmaqla itkilərimizin videolarını çəkib ortaya qoymaq imkanı əldə edib. Əlbəttə, düşmənin zirehli texnika, aviasiya, vertolyotlarda üstünlüyü var. Rus kəşfiyyatı bölmələrimizin hərəkətini əvvəldən bildiyi zaman döyüşlər ağır keçir”, – Butusov yazır.






















