Hadisə Moskvanın cənubundakı Yefremov yaşayış məntəqəsindəki məktəblərdən birində baş verib.
Belə ki, 13 yaşlı Maşa Moskaleva dərs zamanı Putinin bombalarına meydan oxuyan və uşağını qoruyan qadın rəsmi çəkib.
“Ukraynaya şöhrət” və “Müharibəyə yox” şüarları yazılmış şəkildə Ukrayna bayrağı da yer alıb. Məktəbdəki müəllimlərdən biri rəsmi şagirdin əlindən alıb və direktora çatdırıb. Daha sonra isə bu barədə polisə xəbər veriblər.
13 yaşlı qız sözügedən hadisədən sonra atası Aleksey Moskalevanın əlindən alınıb və uşaq evinə yerləşdirilib. Aleksey isə təhlükəsizlik işçiləri tərəfindən zorla sorğu-sual edilib.
Məlumata görə, hazırda ev dustaqlığında olan Alekseyi həbs cəzası gözləyir.
Qeyd edək ki, Rusiya dövləti bir ildən çoxdur ki, Ukraynadakı müharibəylə bağlı “hərbçiləri gözdən salan” hər hansı bəyanatı qadağan edib. Bir sıra xəbərlərə görə, Rusiyada müharibə əleyhinə etirazlarla bağlı 544 uşağ hansısa yolla həbs edilb və ən azı 19 müəllim isə işdən qovulub.“AzPolitika.info”

