image-rt-reklam
image-1backend

Rus deputatdan xəbərdarlıq – “Baykar fabriki qanunu hədəfdir”

image-728x90

Rusiya parlamentinin Beynəlxalq Əlaqələr Komissiyasının üzvü deputat Dimitri Belik Ukraynada inşa edilən “Baykar” şirkətinə məxsus PUA fabrikinin Rusiya üçün “qanuni hədəf” olduğunu bildirib.

“Bu obyektin inşası Rusiya ilə Türkiyə arasındakı münasibətlərə heç bir şəkildə təsir etməyəcək. İki il əvvəl Kiyev rejiminə çoxlu sayda Bayraktarlar verilmişdi. Lakin bu gün onların cəbhə xəttində aktivliyini görmürük. Biz başa düşürük ki, Ərdoğan Bayraktarları satıb və “Türk axını” ilə Rusiya qazının Avropaya nəqlindən gəlir əldə etməklə öz ölkəsinin maraqlarını qoruyub. Bu, aydın və praqmatik yanaşmadır. Bu siyasət tamamilə Türkiyənin daxili məsələsidir. Bizim öz məqsəd və hədəflərimiz var”,-deyə o qeyd edib.

Qeyd edək ki, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar bu günlərdə Kiyev yaxınlığında qurulacaq fabrikdə işlərin 1 il ərzində tamamlanacağını bildirib. O, fabrikin il ərzində 120 “Bayraktar” istehsal edəcəyini vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90