image-rt-reklam
image-6e18a2587e2e9fe1e7fd05b939522cbbbackend

Ronaldonu Bakıya bu şirkət gətirir – YENİ DETALLAR

image-728x90
Ötən gün Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kristiano Ronaldonun qida məhsulu şirkətlərindən birinin reklam çəkilişi üçün Azərbaycana gələcəyi ilə bağlı xəbər vermişdik.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı hücumçunun paytaxtımıza gəlişi barədə bəzi detallar məlum olub.

Belə ki, Kristiano “Honsen İnternational MMC” şirkətinin reklam siması olacaq. Səfərin təşkilatçısı isə “Günəş konsorsium” ilə “İctimai-iqtisadi-dimlomatik” lobbidir.

O cümlədən Ronaldo ilə görüş və koorporativ imza mərasiminin də keçirilməsi planlaşdırılır. Məlumata görə, artıq tərəflər arasında müqavilələr hazırlanaraq vəkillər tərəfindən təsdiqlənib. Portuqaliyalının ölkəmizə təşrif buyuracağı ay da məlumdur.

Qeyd edək ki, Kristiano Ronaldo “Black tie event”in fəxri qonaqlarından biridir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90