image-rt-reklam
image-goal_-_blank_web_-_facebookbackend

Ronaldo biznes imperiyasının genişləndirir: Görün nəyə yatırım etdi

image-728x90

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo biznes imperiyasını genişləndirməyə hazırlaşır.

Ulusal.az xəbər verir ki, portuqaliyalı superulduz Portuqaliyanın Oeyres şəhərində 17 meydançadan ibarət nəhəng tennis kompleksi açacaq O, yeni kompleksin tikintisi üçün Portuqaliyada Padel Federasiyasdan lisenziya alıb.

Həmin kompleksdə beynəlxalq yarışın keçirilməsi üçün Lissabon yaxınlığındakı sahil şəhəri Oeyras seçilib. Ronaldonun şirkəti layihəyə 5 milyon avro sərmayə qoymağa hazırlaşır.

Kriş son illərdə sürətlə populyarlaşan idman növünün sadiq pərəstişkarıdır. Padel eyni xal sistemindən istifadə edən tennis formasıdır. Padel yalnız ikili kort formatında, daha kiçik raketlərdən istifadə etməklə fərqlənir.

Portuqaliya Padel Federasiyasının prezidenti Rikardo Oliveyra bu razılaşmadan məmnun qalıb: “Arzular gerçəkləşir” – deyə qurum rəhbəri bildirib:

“Bizim bundan daha yaxşı tərəfdaşlarımız ola bilməzdi. Böyük iş adamı və dünyanın ən yaxşı idmançısı. Tam əminliklə deyə bilərik ki, şərtlər heç kimdən üstün olmayacaq”.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90