image-2000x150
image-1backend

Roma Papası HƏMAS-ı girovları azad etməyə çağırdı

image-728x90

Roma Papası Fransisk növbəti dəfə Yaxın Şərqdə, eləcə də Ukraynada və istənilən münaqişə nöqtəsində sülhə çağırıb.

Ulusal.az xəbər verir ki, o, HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə və Qəzza zolağına humanitar yardımların açılmasına çağırış edib.

“Fikirlərimi Fələstin və İsraildəki çətin vəziyyətə yönəldirəm. Girovların azad edilməsinə və Qəzzaya humanitar yardımın açıq olmasına çağırıram. Yaxın Şərqdə, Ukraynada və müharibə mövcud olan bütün bölgələrdə sülh üçün dua etməyə davam edirəm”, – deyən pontifik oktyabrın 27-də Müqəddəs Pyotr kilsəsində onun iştirakı ilə sülh duasının keçiriləcəyini xatırladıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90