image-rt-reklam
image-1backend

“Regionu rəqabət meydanına çevirmək olmaz” – Rəisi Paşinyana xəbərdarlıq etdi

image-728x90

“İran bütün ölkələrin milli suverenliyi, ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşaraq Qafqaz regionu ilə kommunikasiya marşrutları və infrastrukturun açılması üçün istənilən hərəkəti və platformanı dəstəkləyir. Bunu sülhün möhkəmləndirilməsi və qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir”.

Ulusal.az  xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi telefon danışığında deyib.

Rəisi Qafqazı sülhə ehtiyacı olan mühüm region kimi qiymətləndirərək əlavə edib: “İran İslam Respublikasının Qafqaza dair xarici siyasəti müəyyən edilib və Qafqaz regionunun rəqabət meydanına çevrilməməsinə diqqət yetirilməlidir. Regionun daxili məsələləri kənar qüvvələrin müdaxiləsi olmadan region ölkələri tərəfindən həll edilməlidir”.

Iran başçısı Tehranda “3+3” görüşünün uğurla keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, region ölkələrinin bir-biri ilə münasibətlərinin normallaşdırılması istiqamətində atılan konstruktiv addım kimi qeyd edib.

Qeyd edək ki, İbrahim Rəsinin “regionun daxili məsələlərinə kənar qüvvələrin müdaxiləsi olmamalıdır” cümləsi Tehranın Ermənistanın yürütdüyü xarici siyasətdən narazılığını göstərir. İran İrəvanın Qərb, xüsusi ilə ABŞ ilə getdikcə güclənən əməkdaşlığından narahat olduğunu büruzə verib. Rəisi bununla Paşinyana xəbərdarlıq edərək, onu regionu rəqabət meydanına çevirməməyə səsləyib. Yəni, ABŞ və Avropa Birliyinin Ermənistanda varlığının güclənməsi qəbuledilməzdir və İranın əks-reaksiyaları ilə üzləşəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90