image-rt-reklam
image-6038c2566fa31backend

Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında telefon danışığı olub

image-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata əsasən, tərəflər Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər. Məlumata görə, Rəcəb Tayyib Ərdoğan söhbət zamanı çərşənbə günü Ukraynada baş verən helikopter qəzası ilə əlaqədar Volodimir Zelenskiyə başsağlığı verib.
Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün güclü diplomatik töhfə verməyə hazır olduğunu deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90