image-rt-reklam
image-1backend

Qurban Qurbanov “Beşiktaş” yolunda: İstanbul klubu hərəkətə keçdi

image-728x90

Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.

Ulusal.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.  İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba komandanı düşdüyü durumdan 52 yaşlı mütəxəssisin çıxaracağına inanır.

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı səfər oyununu tribunadan izləyən Aybaba hesab edir ki, hazırkı baş məşqçi Fernandu Santuşdan sonra bu posta ən layiqli çalışdırıcı Qurbanovdur. Türkiyəli mütəxəssis eyni zamanda “Qarabağ”ın iki futbolçusu Juninyo və Abdullah Zubirin də çıxışını bəyənib. O, Ağdam təmsilçisinin üç üzvü ilə bağlı rəhbərliyə raport təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasında 30 turdan sonra 46 xalla dördüncü pillədə qərarlaşıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90