image-2000x150
image-153832_v3ub3fcxtdbackend

“Qızıl top”a əsas namizəd bəlli oldu

image-728x90

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına iddialı futbolçuların yenilənmiş reytinqi açıqlanıb.

“Goal” nəşrinin hazırladığı siyahıya Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi başçılıq edir. o, mükafatı qazanmağa ən real namizəd hesab olunur.

İngiltərənin “Mançester Siti” klubunun forvardı Erlinq Holann ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü Messinin Paris təmsilçisindən komanda yoldaşı Kilian Mbappe tamamlayır.

Yenilənmiş reytinqdə əsas dəyişikliklər ikinci “onluq”la bağlıdır. İtaliya “İnter”indən Lautaro Martines, “Milan”dan Rafael Leau və İspaniya “Real Madrid”indən Rodriqo ilk iyirmi futbolçu arasına düşüblər.

image-dd3ced48-51ce-3688-80ca-3aade37ba4e3_850

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90