image-2000x150
image-1backend

Qırmızı dəniz böhranı alovlanır: ABŞ fevralda fəlakətlə üzləşəcək – ŞOK XƏBƏRDARLIQ

image-728x90

Qlobal logistika mütəxəssisləri xəbərdarlıq ediblər ki, yanvarda Avropanı vuran Qırmızı dəniz böhranı fevralda Amerikaya ciddi təsir göstərəcək.

Ulusal.az xəbər verir ki, bu mövzuda “Amazon” Təchizat Zəncirinin rəhbəri Dieqo Pantjoa-Navajas “Fox Business”a danışıb. O, Qırmızı dəniz böhranından əvvəl Amerikanın Panama böhranından təsirləndiyini xatırladıb. Payızda suyun səviyyəsinin azalması ilə Panama kanalında ticarət gəmilərinin keçidləri məhdudlaşdırılıb. İndi Qırmızı dəniz böhranı ilə əlaqədar Süveyş kanalının tranzitləri azalıb.

Pantjoa-Navajas Süveyş və Panama kanallarındakı iki vəziyyətin tədarük zəncirlərinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb: “Böhranlar Asiya ilə Avropa, Şimali Amerika ilə Cənubi Amerika arasında ticarətin qarşısını aldı. Problem ondadır ki, hər iki vəziyyət hazırda mövcud olmayan bir həll tələb edir”.

Husi hücumlarının artması ilə 4-ü dünyaca məşhur olan 18 ticarət gəmisinin Qırmızı dəniz səfərləri ləğv edilib.

Asiyadan daşınan mallar 14 günlük gecikmə ilə Avropaya çatanda “Qırmızı dəniz böhranı” həyəcanı qaldırılıb. İsveçin məşhur mebel markası IKEA da Süveyş kanalındakı vəziyyətin gecikmələrə səbəb olacağı və bəzi IKEA məhsulları üçün stok məhdudiyyətlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Fox Business”ə danışan Blue Yonder şirkətinin qlobal sənaye strategiyaları üzrə baş direktoru Ann Mari Conkman da fevralda növbənin Amerikaya çatacağını bildirib:

“Yəqin ki, Şimali Amerikada daha böyük təsir görəcəyik. Məhsul gecikmələri daha çox yayılacaq. ABŞ pərakəndə satış şirkətlərinin qarşıdakı həftələrdə istehlak malları üçün göndərmə gecikmələrini elan etməyə başlamasına səbəb olacaq”.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90