image-2000x150
image-photo_196680backend

Qətər əmiri qardaşını daxili işlər naziri təyin etdi

image-728x90

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani yeni hökumətdə qardaşı Xəlifə bin Həməd Al Tanini daxili işlər nazirliyinə rəhbər təyin edib.

Müvafiq sərəncam martın 7-də əmirin dəftərxanasının saytında dərc olunub.

Şeyx Xəlifə nazirlik portfeli almayan keçmiş baş nazir Xalid bin Xəlifə Al Tanini Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində əvəzləyib.

İdarənin yaydığı sənədə əsasən, Əmirliyin yeni Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani xarici işlər naziri vəzifəsini qoruyub saxlayır, kabinet rəhbərinin yeganə müavini isə dövlət müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyah olaraq qalır. Qalan nazirlər öz portfellərini saxlayıblar.

Yeni hökumət artıq əmirin inzibati binasında and içib. Mərasimdə taxt-tacın varisi və dövlət başçısının müavini Abdullah bin Həməd Al Tani iştirak edib.

Qeyd edək ki, Qətər Xəbər Agentliyinin verdiyi məlumata görə, Qətər əmiri istefa vermiş Xalid bin Xəlifənin yerinə xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhmanı ölkənin baş naziri təyin edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90