image-rt-reklam
image-1backend

Qərb Paşinyanın yerinə bu şəxsi gətirir? – DETALLAR

image-728x90

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri arasında münasibətlər gərgin inamsızlıq mərhələsinə çatıb.

Ulusal.az xəbər verir ki, bu barədə informasiya “Hraparak” saytında yer alıb.

Mənbə yazır ki, partiyanın qərbyönlü silahdaşına (Armen Qriqoryan nəzərdə tutulur) qarşı daha isti münasibəti yoxdur, çünki o, komandadan ayrılaraq ön plana çıxıb.

Ekspertlərin fikrincə, Qarabağ mənşəli olduğunu inkar edən Armen Qriqoryan Qərb tərəfindən seçilib və hətta Nikol Paşinyanın varisi hesab edilib:

“Əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, müqavilə imzalamasa və Rusiyaya qarşı dəqiq siyasət yürütməsə, o zaman onun planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək Qriqoryanla əvəzlənməsi mümkündür”.

Alınan son məlumata görə, hakim partiyanın partiyadaxili müzakirələrində deyilir ki, Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, indi o, Armen Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb.Bizim.Media

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90