image-2000x150
image-1backend

Qərb Kişinyova diktə edir: Rusiya-Moldova münasibətlərində kritik gərginlik

image-728x90

Moldova parlamentinin Qaqauz muxtariyyətini təmsil edən müstəqil deputatı Aleksandr Suxodolski bildirib ki, hazırda Rusiya ilə Moldova arasında siyasi mübarizə maksimum həddə çatıb.

Deputatın fikrincə, Kişinyovdakı mövcud hakimiyyət Qərb elitalarının təqdim etdiyi təlimatlara əsasən hərəkət edir.

“Biz indi görürük ki, ölkə hakimiyyəti Qərb ölkələri tərəfindən təşviq edilən müəyyən sayda anti-Rusiya sanksiyalarını dəstəkləyir. Bütün bunlar onu deməyə əsas verir ki, aktiv siyasi mübarizə özünün maksimum mərhələsinə qədəm qoyub”, – Suxodolski qeyd edib.

Onun sözlərinə görə, hazırda Rusiya və ümumilikdə MDB və Aİİ ölkələri ilə dostluq və qardaşlıq münasibətlərini bərpa etmək istəyən iqtidarla müxalifət siyasətçiləri arasında ciddi mübarizə gedir.

Suxodolski əlavə edib ki, Kişinyov təmsilçiləri hazırda Rusiya Federasiyası ilə münasibətləri pozmaqla məşğuldurlar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90