image-rt-reklam
image-1backend

Qazaxıstanın yeni Baş naziri o olacaq

image-728x90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Oljas Bektenovun ölkənin Baş naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

Ulusal.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” öz Telegram kanalında məlumat yayıb.

Tokayevin hakim Amanat partiyasının lideri Yerlan Koşanovun Bektenovun bu vəzifəyə təyin edilməsi təklifini qəbul etdiyi bildirilir.

Qeyd edək ki, Bektenov 2023-cü ilin aprelindən Prezident Administrasiyasına rəhbərlik edir. O, Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəhbəri vəzifəsində də çalışıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90