image-rt-reklam
image-1641488538_dunya-768x403backend

Qazaxıstanı şəriət dövlətinə çevirmək istəyi baş tutmadı – ƏMƏLİYYAT

image-728x90

Qazaxıstanda dünyəvi quruluşu devirməyi planlaşdıran ekstremistlər saxlanılıb.

Ulusal.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin yaydığı məlumatda deyilir.

“2023-cü il noyabrın 15-də Milli Təhlükəsizlik Komitəsi Baş Prokurorluqla razılaşdırmaqla ibtidai istintaq çərçivəsində Astana, Atırau və Jezkazqan şəhərlərində radikal dini qruplaşmanı zərərsizləşdirib.

Terrorçuluğu təbliğ etmək, habelə ekstremist qrup yaratmaq, onlara rəhbərlik etmək və fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 12 nəfər eyni vaxtda saxlanılıb. Müstəntiqlərin fikrincə, “Onlar Qazaxıstanda dünyəvi sistemi devirmək məqsədi güdürdülər. Bunun üçün onlar ekstremist ideologiyanı yayır və özlərinə yeni tərəfdarlar toplayırdılar”.konkret.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90