image-2000x150
image-57cb30bf-cd0c-4ab0-b306-5c2e7205d5acbackend

QAZAXISTANDA SÜNİ “RUS MƏKTƏBİ PROBLEMİ” YARADILIR – Rusiya Baş konsulundan təxribatçı açıqlamalar

image-728x90

Rusiyanın demək olar, bütün postsovet dövlətlərinə qarşı əsas təzyiq alətlərindən birinin “rusdilli əhali” və “rus məktəbləri” olduğu çoxdan məlumdur. Ukraynaya qarşı işğalçılıq müharibəsinin başlanmasında da bu amildən bəhanələrdən biri kimi istifadə edildi. Hazırda eyni tipli təzyiq vasitələrindən Qazaxıstan qarşı da istifadə olunmaqdadır.

Bu mövzuda yazı hazırlayan “Novaya qazeta” nəşri Rusiyanın Qazaxıstandakı Baş konsulu Yevgeni Bobrovun “xidmətlərinə” toxunub.

Məsələ ondadır ki, bu günlərdə Rusiyanın Kremlin nəzarətindəki “TASS” Agentliyinə açqılama verən Bobrov Qazaxıstan hakimiyyətinin rus dili və rus məktəblərilə bağlı siyasətini tənqid edib. Konsul iddia edib ki, Qazaxıstanda bilərəkdən rus dilinin öyrədilməsi səviyyəsi aşağı salınıb.

Onun dediyinə görə, ölkədə rusdilli məktəblərin və siniflərin sayı azaldılıb, eləcə də ciddi rus dili müəllimləri çatışmazlığı var: “Rus dilinin istifadə olunması və öyrədilməsində eniş nəzərə çarpır. Bunun rus əhalisinin 15.2 faizə qədər azalması kimi obyektiv səbəbi var. Ancaq bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən qazax dilinə üstünlük verilməsi barədə proqramın hazırlanması da var”.

Konsulun açıq şəkildə digər ölkənin daxili işlərinə kobud müdaxiləsini əks etdirən bu açıqlamalarına Qazaxıstan XİN-in nümayəndəsi Aybek Smadiyariov cavab verib. O, bu iddiaların həqiqətə uyğun olmadığını və Rusiya rəsmisinin Qazaxıstan təhsilindəki vəziyyətdən xəbərsiz olduğunu qeyd edib.

Belə ki, XİN nümayəndəsinin dediyinə görə, Qazaxıstandakı 7711 məktəbin yalnız 3957-si sırf qazax dilində təhsil verir. Qalan məktəblərin 1203-ü yalnız rus dilində, 2551-i isə həm qazax, həm də rus dilində dərs keçirlər. Yeri gəlmişkən qeyd edək ki, bu statistikaya görə, Azərbaycan Qazaxıstana nisbətdə “toya getməlidir”…

Maraqlıdır ki, Yevgeni Bobrov bu qalmaqallı müsahibəsindən bir neçə gün sonra vəzifəsindən ayrılıb. Bunu da Qazaxıstan XİN sözçüsü Aybek Smadiyarov bildirib. Lakin bunun könüllü istefa olduğu, yoxsa Qazaxıstan tərəfinin təzyiqi ilə baş verdiyi barədə heç nə deyilmir.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90