image-rt-reklam
image-1111backend

Qazaxıstan Türkiyədən 2,5 milyard dollarlıq SİLAH ALIR – FOTO

image-728x90

Qazaxıstan hökuməti türk şirkətindən 800-dən çox zirehli texnika almaq istəyir.

Ulusal.az yerli KİV-ə istinadən xəbər verir ki, hökumət Türkiyənin “Otakar” şirkətindən də 834 “ARMA” avtomobilinin alınması üçün fərman hazırlayır. Avtomobillərin alınması büdcəyə təxminən 2 trilyon təngəyə (2,5 milyard dollar) başa gələcək.

Jurnalistlər məlumatı təsdiqləmək üçün Qazaxıstan “Paramount Engineering”nin sahibi Aybek Barısova müraciət edib.

“Əgər qərar varsa, o zaman dövlət öz üzərinə öhdəlik götürür. Hansı qərarlar verilsə, dövlət ziyana düşəcək. Biz də 800-ə yaxın avtomobil eşitdik. Almaq istədikləri “ARMA”nın səkkiz təkərli “Barys” arasında qiymət fərqi ən azı 40% təşkil edir”, – Aybek Barısov hesablayıb.

Qeyd edək ki, Qazaxıstanda “ARMA” zirehli maşınının analoqu istehsal olunur. “Kazakhstan Paramount Engineering” zavodunda 8×8 təkərli “Barys” zirehli transportyoru istehsal edilir. Tərtibatçıların fikrincə, hər iki avtomobil sınaqdan keçirilib və “Barys” Türkiyə avtomobilindən demək olar ki, heç bir şəkildə geri qalmır.

“Barys 8×8-in 40% ucuz, qiymət fərqinin isə 640 milyard təngə olduğunu nəzərə alsaq, dövlət uduzacaq. Bu vəsaitə nə qədər mühəndis öyrətmək olar, nə qədər zavod tikmək olar. Əgər belə bir müqaviləm olsaydı, 3000 insanı əlavə işlə təmin edərdim. Ümid edirəm ki, heç kim belə axmaqlığa yol verməz”, – deyə Aybek Barısov izah edib.konkret

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90