image-rt-reklam
image-999999backend

“QARABAĞ” KLUBU “LİVERPUL”U GERİDƏ QOYDU – Ağdam təmsilçisi nə qədər gəlir əldə edib?

image-728x90

Xəbər verildiyi kimi, son Azərbaycan çempionu “Qarabağ” ötən gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun yetirmələri səfərdə son İsveç çempionu “Hakken”i minimal hesabla (0-1) məğlub edib. İlk turda Bakıda Norveçin “Molde” klubuna 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi xallarının sayını 6-ya çatdırıb. İki oyuna maksimum nəticə göstərən “Qarabağ” 6 xalla “H” qrupunda “Bayer Leverkusen”dən sonra ikinci sırada qərarlaşıb.

 

Qeyd edək ki, göz oxşayan oyun sərgiləyən “Qarabağ” klubu əksər statistikalar üzrə Avropanın nəhəng klublarını qabağlamağı bacarıb.

Belə ki, ilk iki oyununu qələbə ilə başa vuran “Qarabağ” hazırda Avropa Liqasında ən çox hücum cəhdi edən birinci komandadır. “Ağ-qaralar” bu matçlarda ümumilikdə 118 hücum cəhdi edib. “Qarabağ” klubunu 112 hücum cəhdi ilə İngiltərənin “Liverpul” və 110 hücum cəhdi edən “Vest Hem” komandaları izləyir.

“Qarabağ” eyni zamanda, bu mövsüm Avropa Liqasında qol buraxmayan 3 komandadan (“Qarabağ”, “Slavia Prag”, “Panatinaykos”) biridir.

Bundan əlavə, Azərbaycan təmsilçinin adı 2023/2024 avrokubok mövümündə ən çox gəlir əldə edən klublar arasındadır. Bu mövsüm qrup mərhələsində maksimal nəticə göstərən “Qarabağ” klubu hər iki oyunda qələbə qazanaraq 1 milyon 260 min avro gəlir əldə edib. Həmçinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” əlavə olaraq 3 milyon 630 min avronu da hesabına köçürüb. Beləliklə bu mövsüm “Qarabağ” klubu ümumilikdə 4 milyon 890 min avro vəsait əldə edib.

“Qarabağ” bundan sonra nə qədər gəlir əldə edə bilər?

UEFA-nın Avropa Liqasının 2023/2024 mövsümü üçün təyin etdiyi mükafat bu formadadır:

– Turnirdə iştirak mükafatı – 3 milyon 630 min avro;

– Turnirdə hər qələbə üçün ödənilən vəsait – 630 min avro;

– Bərabərlik – 210 min avro;

– 1/16 mərhələdə ödənilən vəsait – 1 milyon 200 min avro;

– 4/1 mərhələdə ödənilən vəsait – 1 milyon 800 min avro;

– Yarımfinal mükafatı – 2 milyon 800 min avro;

– Final mükafatı – 4 milyon 600 min avro;

– Çempionluq mükafatı – 4 milyon avro.

Məlumat üçün onu da qeyd edək ki, “Qarabağ”ın ötən mövsüm avrokubok gəliri 12 milyon 940 min 813 avro olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90