image-rt-reklam
image-medium_2023-08-24-07cc4a3a1cbackend

“Qarabağ”ın oyununu bu kanal yayımlayacaq

image-728x90

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq kanal müəyyənləşib.

Ulusal.az xəbər verir ki, Sloveniya təmsilçisiylə avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Adıçəkilən telekanal görüşü günün proqramına da daxil edib. Bu barədə anons yayımlamağa başlayıb.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı nümayiş edə bilib. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90