image-rt-reklam
image-1backend

“Qarabağ”ın əsas futbolçusu bu kluba keçir – ŞOK AYRILIQ

image-728x90

“Qarabağ”ın müdafiəçisi Rahil Məmmədovun Polşanın LKS klubu ilə anlaşdığı barədə məlumat vermişdik. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və klub rəhbərliyi bu keçidə “yaşıl işıq” yandırıb.

Ulusal.az bu transferlə bağlı bir informasiya əldə edib. Łods təmsilçisi Rahillə müqavilə bağlasa belə, onu qeydiyyatdan keçirə bilməz. Buna səbəb kluba FİFA tərəfindən transfer qadağası qoyulmasıdır.

Polşa təmsilçisi sabiq futbolçuları Mikkel Riqaard və Ricardinyo ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirə bilməyib. Buna görə LSK maksimum üç qeydiyyat müddəti (transfer pəncərələri) üçün tətbiq oluna bilən transfer qadağası ilə üzləşib. Klub bu borcları ödədikdən dərhal sonra qərar FİFA tərəfindən ləğv ediləcək.

Bu qərardan sonra Loks klubu artıq futbolçulara borclarının bir hissəsini ödəyib. Qalan ödənişlərin 2024-cü ilin yanvar ayının sonuna qədər tamamlanacağı bildirlir. Bununla belə, klub oyunçularla yeni müqavilələr bağlaya bilər. Lakin onları cəza müddətində qeydiyyatdan keçirə bilməz.

Polşada oyunçuların qeydiyyatına imkan verən qış transfer pəncərəsi yanvarın 29-da başlayacaq və fevralın 27-də başa çatacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90