Azərbaycanın “Qarabağ” futbol klubu bu mövsüm daha bir oyununu Xankəndidə keçirmək niyyətindədir.
Ulusal.az “azerisport.com” saytına istinadən xəbər verir ki, ağdamlılar Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununu Xankəndidə Bakının “Sabah”ına qarşı keçirəcək.
Xatırladaq ki, kubokun ilk 1/4 final oyunları yanvarın 30-31-də, cavab görüşləri isə fevralın 6-7-də baş tutacaq.