image-rt-reklam
image-66backend

“Qarabağ” Azərbaycanın xal ehtiyatını yenə artırdı

image-728x90

Avrokubokların pley-off mərhələsi başa çatıb.

Bu matçlardan sonra UEFA reytinqi açıqlanıb.

Azərbaycan çempionu “Qarabağ” ölkəmizin reytinqinə daha 0,125 xal qazandırıb. Buna “Qarabağ”ın “Olimpiya” ilə 1:1 hesablı heç-heçəsi səbəb olub. Bununla da ölkəmiz xal hesabını 16,875-ə çatdırıb. Azərbaycan bu göstərici ilə Avropada 29-cudur. 28-ci olan Slovakiya ilə fərq 0,500-ə qədər artıb.

Cari mövsüm toplanan xalların sayı 2,625-ə çatıb. “Qarabağ” 1,500, “Sabah” 0,750, “Neftçi” 0,375 xallıq qazanc gətirib.

Digər ölkələrin mövqelərində bəzi dəyişikliklər olub. Türkiyə 1 pillə irəliləyib. Super Liqa təmsilçiləri artıq 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə 89.178 xalla İngiltərə başçılıq edir. 75.989 xalı olan İspaniya ikincidir. İlk üçlüyü İtaliya qapayır – 71.712 xal.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90