image-rt-reklam
image-2d0e9bbcceacc3cbackend

“Qarabağ” Avropa nəhənglərini Bakıya gətirə bilər – “QALATASARAY”, “MİLAN”…

image-728x90

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Ulusal.az xəbər verir ki, Azərbaycan çempionu son turda qrup ikinciliyini əldən verməsə, növbəti raundda Çempionlar Liqasının qruplarında 3-cü yeri tutan komandalardan biri ilə üz-üzə gələcək.

Siyahıda “Milan” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor” (Donetsk, Ukrayna) var.

Adını qeyd etdiyimiz komandalardan biri ilə qarşılaşmaq üçün “Qarabağ” ilk növbədə H qrupunda ikinci yeri tutmalıdır. Bu baş versə, dekabrın 18-də təşkil olunacaq püşk təmsilçimizi Avropa nəhənglərindən birinə rəqib edəcək. Əks halda isə Ağdam klubu Konfrans Liqasının qrup ikinciləriylə üz-üzə gələcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90