“Qalatasaray” futbolçusu Anxelinyonun xidmətindən imtina edir.
Ulusal.az xəbər verir ki, buna səbəb ispaniyalı müdafiəçinin müqaviləsindəki bənd səbəb olub. Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Bildirlir ki, “Leypsiq”dən icarəyə götürülən 26 yaşlı oyunçu cari mövsüm 19 qarşılaşmada meydana çıxıb. Klublar arasında anlaşmaya əsasən, Anxelinyo mövsüm ərzində ən azı 20 matçda meydana çıxsa, “Qalatasaray” 6 milyon avro müqavilində onu tam hüquqlu transfer etməlidir.
Okan Burukun rəhbərlik etdiyi məşqçilər korpusu futbolçudan razı qalmadığı üçün bu bəndin aktivləşməsini istəmirlər. Buna görə Anxelinyo növbəti matçlarda meydana buraxılmayacaq.
Bununla belə “Leypsiq”lə danışıqlar davam edəcək. Bundesliqa klubu sözləşmədəki maddənin ləğv edilməsinə razılıq versə, ispaniyalı müdafiəçi oyunlarda iştirak edə biləcək.