image-rt-reklam
image-1backend

Qadın pilot Amerika gözəli seçildi

image-728x90

ABŞ-ın ən gözəl qadını Hərbi Hava Qüvvələrində qırıcı pilot olan 22 yaşlı Medison Marş olub.

Publika.az xəbər verir ki, Kolorado ştatını təmsil edən və Hərbi Hava Qüvvələrində fəal leytenant olan Medison Marş ABŞ -ın Florida ştatında keçirilən “Miss America 2024” gözəllik müsabiqəsinin qalibi olub. Harvard Universitetində dövlət siyasətini də oxuyan və 16 yaşında pilot lisenziyasını alan Marş bu adı qazanan ilk hərbi hava qüvvələri zabiti olub.

Marş hərbi hava qüvvələrində xidmətə başladıqdan sonra şansını yarışmada sınamağa qərar verdiyini bildirib:

“İki sevdiyim işi bir araya gətirərək digər qadınları özlərini məhdudlaşdırmamağa ruhlandırmaq istəyirəm”.

O, eyni zamanda, hərbi xidmət edən qadınlarla bağlı qərəzləri aradan qaldırmaq istədiyini deyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90