image-2000x150
image-42994605_605backend

“Putinin aşpazı”ndan etiraf – Onu “satqın” çıxara biləcək iddianı təsdiqlədi

image-728x90

Rusiyanın silahlı “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Ukrayna kəşfiyyatı (QUR) ilə əməkdaşlığı ilə bağlı məlumatları kiçiltməyə çalışır.

Ulusal.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Priqojin Ukrayna Silahlı Qüvvələrinin Baxmutdan çıxarılması müqabilində Rusiya ordusunun şəxsi heyətinin mövqelərinin ötürülməsi təklifi ilə bağlı iddiaya cavab verib.

Onun sözlərinə görə, istənilən müharibədə mübadilə olur və bu, döyüşən tərəflər üçün sirr deyil. Priqojin həmçinin iddia edib ki, müasir döyüşlərdə peyk görüntülərinin istifadəsi səbəbindən qoşunların mövqeləri haqqında məlumat heç də gizli deyil.

Bundan əvvəl “Vaqner” liderinin bölmələrinin Baxmutdan çıxarılması müqabilində Ukraynaya Rusiya ordusunun mövqeləri barədə məlumat təklif etdiyi məlumatı yayılıb.

ISW-nin məlumatına görə, Kreml gələcəkdə Yevgeni Priqojini “satqın” kimi tanımaq üçün mexanizm hazırlayır.

“Vaqner” lideri ictimai-siyasi çevrələrdə “Putinin aşpazı” ləqəbi ilə tanınır.Teleqraf.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90