image-2000x150
image-image_750x_64d7c28e47ac2backend

Putin və Ərdoğan avqustun sonunda görüşəcək

image-728x90

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş avqustun sonu və ya sentyabrın əvvəlində baş tuta bilər.

Ulusal.az xəbər verir ki, bu barədə “TASS”a Türkiyə telekanallarından biri məlumat verib.

Telekanalın məlumatına görə, danışıqların əsas mövzusu Rusiyanın iyulun 18-də müqaviləyə əsasən tələblərini yerinə yetirmədiyinə görə çıxdığı taxıl müqaviləsinin bərpası perspektivi olacaq.

Avqustun 2-də Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub və onlar mümkün görüşün hazırlanması barədə razılığa gəliblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90