Rusiya prezidenti Vladimir Putin “Rossiya Сегодня” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana mükafat təqdim edib.
Ulusal.az xəbər verir ki, jurnalist və media xadimi “Şərəf” ordeni alıb.
Qeyd olunur ki, 44 günlük Qarabağ müharibəsi zamanı ermənilərin təbliğatçısı olan, WarGonzo informasiya layihəsinin rəhbəri, rusiyalı jurnalist Semyon Peqov da mükafat alıb.
Xatırladaq ki, bu ilin oktyabrında rəsmi İrəvan Marqarita Simonyanı arzuolunmaz şəxslər siyahısına daxil edərək Ermənistana girişinə qadağa qoyub.






















