image-rt-reklam
image-image_750x_643c741f470a2backend

Putin: “Rusiya ilə Çin arasında əlaqələr inkişaf edir”

image-728x90

Rusiya Prezidenti bildirib ki, ölkələr arasında hərbi əməkdaşlıq da inkişafdadır

“Çin rəhbəri Si Cinpinin Moskvaya səfəri zamanı digər məsələlərlə yanaşı, hərbi əməkdaşlığa da toxunuldu”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Çinin müdafiə naziri Li Şanfu ilə görüşdə deyib.

Rusiya liderinin sözlərinə görə, ümumilikdə danışıqlar çox məhsuldar olub: “Bütün istiqamətlərdə münasibətlərin çox yaxşı inkişafı var. İqtisadiyyatda, sosial sahədə, mədəniyyətdə, təhsil sektorunda. Bunlarla yanaşı, hərbi əməkdaşlıq da inkişaf edir”.

Li isə təsdiqləyib ki, Moskva və Pekinin “soyuq müharibə” ittifaqlarını üstələyən güclü, davamlı əlaqələri var. Onun sözlərinə görə, münasibətlər artıq yeni dövrə qədəm qoyub.ayna.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90