image-rt-reklam
image-1backend

Putin niyə dəyişdi? – Əvvəl və indi…

image-728x90

“Düşənbə görüşündə Əliyevin AZAL-ın təyyarəsinin vurulması ilə bağlı tələblərini qəbul edən Putinin bunu daha öncə etməməsi Zəngəzur dəhlizi ətrafında baş verən mübarizədən qaynaqlanırdı. Mübarizə Rusiyanın əleyhinə yekunlaşdı, hərçənd, Moskva hələ də iki manevr imkanının qaldığını düşünür”.

Ulusal.az  xəbər verir ki, bu açıqlama ilə politoloq Asif Nərimanlı çıxış edib. O, bildirib ki, az ehtimal olsa da, Putin TRİPP layihəsinin praktiki müstəvidə icrasına qədər vəziyyəti dəyişmək ümidlidir:

“Ermənistan seçkilərində fors-major situasiyanın yarana biləcəyi, yaxud geosiyasi müstəvidə şərtlərin qəfil dəyişməsi (irreal görünsə də) imkanlarını dəyərləndirir və buna görə təzyiq xəttini “yaxşı polis” rolu ilə əvəzləyir; bu irreal situasiya gerçək olarsa belə, Bakı üçün Naxçıvana maneəsiz keçid imkanı dəyişməyəcək, dəyişən yalnız dəhlizdə iştirakçılar ola bilər; Sezar pizza

Digər tərəfdən TRİPP layihəsinə – ABŞ-ın Cənubi Qafqaza daxil olmasına, eləcə də Orta Dəhlizdə möhkəmlənmək istəklərinə loyal münasibəti geosiyasi “bazarlıq” kimi istifadə etmək istəyir;

Bu manevrlərin dəyərləndirilməsi fonunda Azərbaycanla münasibətlər Rusiya üçün məğlub olduğu prosesdən daha az zərərlə çıxmaq üçün əhəmiyyətlidir. Moskva Bakı ilə münasibətlərin bərpası üzərindən regionda güc balansının kəskin dəyişməsinə imkan verməmək və Şimal-Cənub nəqliyyat layihəsinin inkişafı ilə kommunikasiyaların açılışından kənarda qalmamağa çalışır.

Rusiyanı Azərbaycanın tələblərini indi qəbul etməyə vadar edən bu səbəblərlə yanaşı, rəsmi Bakının geri çəkilməməsi – Prezident İlham Əliyevin prinsipiallığı həlledici rol oynadı.

Belə demək mümkünsə, Putin Əliyevin “bükə bilmədiyi əlini sıxmaq məcburiyyətində qaldı”. Bu, həm də Moskvanın Bakının strateji gedişi qarşısında təslim olmasıdır: 44 günlük müharibədən sonra Rusiyadan Qərbə (ABŞ və Fransa) qarşı istifadən edən və istədiyinə nail olan Əliyev indi Zəngəzur dəhlizində Moskva qarşısında Vaşinqtondan istifadə etməklə hədəfinə çatır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90