image-2000x150
image-photo_196231backend

“Putin Kremldədir” – Peskov

image-728x90

Rusiya prezidenti Vladimir Putin FSB, Müdafiə Nazirliyi və Rusiya Qvardiyasından Ukrayna diversantlarının girdiyi Bryansk vilayətinin sərhəd bölgəsindəki vəziyyətlə bağlı məlumat alır.

Bu barədə cümə axşamı jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putin Kremldədir, təhlükəsizlik orqanlarından mütəmadi olaraq hesabatlar alır. Xüsusilə, FSB rəhbəri Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu və Milli Qvardiyanın rəhbəri Viktor Zolotov ona məruzə edir. Söhbət ukraynalı yaraqlıların hücumu ilə bağlı Bryansk vilayətində cərəyan edən hadisələrdən gedir”, – Peskov bildirib.

Həmçinin, Rusiya liderinin mətbuat katibinin qeyd etdiyi kimi, Putin Bryansk vilayətinin qubernatorundan Ukrayna diversantlarının içəri daxil olmasından sonra ərazidəki vəziyyətlə bağlı hesabatlar alır.

Peskov ukraynalı yaraqlıların Bryansk vilayətindəki hərəkətlərini terror aktı adlandırıb. “İndi terrorçuların məhv edilməsi gedir” – deyən Peskov əlavə edib ki, hüquq-mühafizə orqanları Bryansk vilayətində baş verənlərin təfərrüatlarını müəyyənləşdirəcək, təxribatı kimin törətdiyini müəyyən etmək lazımdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90