image-2000x150
image-1676972874_putinbackend

Putin: “Kiyev nüvə silahı əldə etməyə cəhd edib”

image-728x90

“Xüsusi əməliyyat Rusiya Federasiyasının müdafiəsi və nasist təhlükəsini aradan qaldırmaq üçün başlayıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

O, Rusiyanın addım-addım qarşısında duran vəzifələri ardıcıl şəkildə həll edəcəyinə əmin olduğunu qeyd edib.

Putin deyib ki, Rusiya Ukrayna böhranını dinc yolla həll etmək üçün əlindən gələni edib:

“Lakin Rusiyanın arxasından tamamilə fərqli ssenari hazırlanıb”.

Putin deyib ki, Kiyev nüvə silahı əldə etməyə cəhd edib: 

“Kiyev və Qərb arasında hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və digər texnikanın tədarükü ilə bağlı danışıqlar hələ xüsusi əməliyyat başlamazdan əvvəl aparılıb. Ukrayna Qərbin əsarətindədir, onu böyük müharibəyə hazırlayıblar”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90