ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin İraq müharibəsində açıq şəkildə uduzduğunu açıqlayıb. Ulusal.az xəbər verir ki, bu barədə Sky yazır.
Bunu o, jurnalistin Rusiyada silahlı qiyam təcrübəsinin Rusiya prezidentini zəiflətdimi sualını cavablandırarkən deyib.
“Demək çətindir, amma o, açıq-aşkar İraqdakı müharibəni uduzur, öz ölkəsindəki müharibəni uduzur. O, bütün dünyada qəbuledilməz hala düşüb”, – deyə Bayden bildirib.






















