image-2000x150
image-ce2c0ad3-1046-4747-9f84-2cf15d014c88backend

Priqojin Ukrayna kəşfiyyatına nə təklif edib? – Məxfi məlumatlar açıqlandı

image-728x90

Pentaqonun internetə sızdırılan məxfi məlumatlarında “Vaqner” PMC rəhbəri Yevgeni Pirqojinlə bağlı maraqlı informasiyalar yer alıb.

Ulusal.az “The Washington Post”a istinadla xəbər verir ki, Priqojin döyüşçülərin Baxmutdan çıxarılmasından sonra Rusiya hərbçilərinin mövqeləri haqqında məlumatı Ukrayna kəşfiyyatına ötürməyi təklif edib.

Sənəddə iddia olunur ki, Priqojin öz təklifini yanvar ayında Ukrayna hərbi kəşfiyyatındakı əlaqələr vasitəsilə ötürüb. İki ukraynalı mənbə jurnalistlərə “Vaqner” rəhbərinin kəşfiyyat xidməti ilə əlaqə saxladığını təsdiqləyib. Onlardan biri iddia edir ki, Kiyev vaqnerlilərə etibar etmədiyi üçün bu təklifi rədd edib.

ABŞ kəşfiyyatının informasiyaları əsasında tərtib edildiyi iddia edilən başqa bir sənəddə isə Priqojinin Afrikada Ukrayna hərbi kəşfiyyatçıları ilə şəxsən görüşdüyü iddia edilir. İddialara görə, görüşlərin birində o, rus qoşunları üçün sursat çatışmazlığından danışıb və Ukrayna Silahlı Qüvvələrinə Krıma qarşı hücuma keçməyi tövsiyə edib.

Priqojin “Teleqram”ında bu parçanı istehza ilə şərh edib: “Bizim xarici kəşfiyyat xidmətlərindən ümumiyyətlə gizlədə biləcəyimiz heç nə yoxdur, biz hələ də Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovla Afrikadayıq”, o, səsli mesajında bildirib.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90