image-2000x150
image-shpbackend

Priqojin Şoyquya səsləndi: Bura gəl!

image-728x90

“Vaqner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqudan son aylar cəbhə xəttində ən şiddətli döyüşlərin getdiyi Baxmut şəhərinə gəlməsini xahiş edib.

Publika.az xəbər verir ki, mayın 12-də səhər saatlarında iş adamının müraciətini onun mətbuat xidməti dərc edib.

Məktubda həmçinin bildirilir ki, “Vaqner PMC” muzdluları hazırda Baxmutun 95%-dən çoxuna nəzarət etsə də, Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi cinahlarda düşmən bir sıra uğurlu əks-hücumlara başlayıb.

Xatırladaq ki, bir gün əvvəl Priqojin Rusiya Federasiyasının nizami ordusunun Baxmut yaxınlığındakı bölmələri döyüşsüz mövqelərini itirdiyini demişdi. Ümumiyyətlə, o, son bir neçə gün ərzində Rusiya Müdafiə Nazirliyi ilə ictimai qarşıdurmada olub. Hətta mayın əvvəlində Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə ədəbsiz sözlər deyərək “Vaqner”i döyüş sursatı ilə təmin etməyi tələb edən video yayımlayıb və hərbçilərinin Baxmutu tərk edəcəyi ilə hədələyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90