image-rt-reklam
image-1backend

Premyer Liqa klubunun rəhbər ilə bağlı ŞOK İDDİA: “Bizi otağa yığıb tapşırdı ki…”

image-728x90

“Kəpəz”in mühafizə xidmətinin sabiq rəhbəri Elmar Əliyev klubun İdarə Heyətinin sədri İlqar Nadiri haqqında şok iddialar səsləndirib.

Əliyev sabiq rəhbərini baş məşqçilərin istefaya göndərilməsində gunahlandırıb.

O, Nadirinin konkret olaraq Yaşar Vahabzadənin, Tərlan Əhmədovun və Azər Məmmədovun klubdan ayrılması üçün şəxsən tribunlara tapşırıqla azarkeş gətizdirib istefa şuarları səsləndirmələrinə tapşırıq verdiyini dilə gətirib.

Bundan başqa klub rəhbəri bilet satışından gələn gəliri mənimsəmədə də günahlandırılıb.

Elmar bəyin “Feysbuk” hesabından izləyiciləri üçün açdığı 17 dəqiqəlik canlı yayımda səsləndirdiyi bəzi fikirləri sizə təqdim edirik:

“3 baş məşqçi istefaya göndərilib. Onlar pis oldu, İlqar Nadiri yaxşı? İlqar Nadiri 5 ildə Gəncə futboluna nə verib?

Bir neçə dəfə yaxınlaşıb bildirdim ki, istefa deyən azarkeşlər lazım deyil. Klub əlavə təzyiqlə üz-üzə qalır.

Amma o, “Səbail”lə oyunda Yaşar Vahabzadənin üstünə azarkeş gətirdi. Sanki bu klub sənin özəl marketindir.

Ürəyin istəyəni edirsən. Mehman Allahverdiyev, Xaliq Mərdanov, İlham Səmədov, Azad Mustafayev və məni bir otağa yığıb dedin ki, mən deyə bilmirəm, amma hamınız deyin, Tərlan Əhmədov komandadan getməlidir.

Əmin olun, Adil Şükürov da bir müddət sonra özü gedəcək. Klubun Qəbələ şəhər stadionuna, apteklərə, otellərə, restoranlara, avtobuslara borcu var. Büdcə hara gedir bəs?

Amma qələbə qazananda özünə, dostuna 200% mükafat yazdırır.

Gəncə şəhər stadionunda oyunlarımıza 4000-5000 azarkeş gəlirdi, ancaq AFFA nümayəndəsinə tribunalarda 500 azarkeş olduğu deyilirdi.

Bəs biletdən gələn pullar hara gedirdi? Bu barədə də yaxın günlərdə bütün faktları etiraf edəcəm.

İlqar Nadiri Gəncə futbolundan getməlidir. 5 ildi komanda birinci liqa səviyyəsindən yuxarı qalxmır”.sportinfo.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90