image-2000x150
image-1683014094_budaqbackend

Portuqalların 60 milyon avro qiymət qoyduğu azərbaycanlı futbolçu karyerasını bərpa edir

image-728x90

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını bərpa etməyə hazırlaşır.

26 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”un əvəzedici komandasında məşqlərə başlayıb. Qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov yaya qədər onu diqqətdə saxlayacaq, bundan sonra qalıb-qalmayacağı ilə bağlı qərar veriləcək.

Budaq Nəsirov son olaraq Portuqaliyanın “Sportinq” klubunun ikinci komandasında oynayıb. Hətta Lissabon təmsilçisi transferi rəsmiləşdirərkən ona 60 milyon avro qiymət qoyub. Ancaq Portuqaliyada uğursuzluqla üzləşən Budaq futboldan uzaqlaşıb. Onun Türkiyədə hotel sektorunda fəaliyyət göstərdiyinə dair məlumatlar var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90