image-rt-reklam
image-owl_detail_240_0cece876b28274cf8060c05dabfa6ec0backend

Poroşenkonun Papaya yazığı gəlir: Daha yaxşı vasitəçilərimiz var

image-728x90

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko bildirib ki, Rusiya ilə münaqişəni həll etmək üçün Roma Papasından daha yaxşı vasitəçiləri var, bunlar Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərləridir.

Ulusal.az xəbər verir ki, o, bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

“Mənim Papaya yazığım gəlir, o, hörmət etdiyim fantastik insandır, lakin bizim ondan daha yaxşı vasitəçilərimiz, əsgərlərimiz var”, – Poroşenko deyib.

Eks-prezident müsahibəsində Minsk razılaşmalarının iflasa uğradığını, lakin Kiyevin vaxt qazanmasına və ölkəni silahlandırmasına kömək etdiyini bildirib . Onun sözlərinə görə, sənədi imzaladıqdan dərhal sonra o, NATO təlimatçılarını dəvət edib, silah və texnika alıb.

Poroşenko hesab edir ki, Ukrayna müharibədə qalib gələcək, eləcə də Avropa İttifaqı və NATO-ya üzv ola biləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90