Polşanın Baş naziri Mateuş Moravetski Qərb ölkələrinin Ukrayna ətrafında yaranmış vəziyyətdən təngə gəldiyini bildirib.
Ulusal.az xəbər verir ki, o, bunu Davosda keçirilən forumun kuluarlarında Polşa televiziyasına müsahibəsində deyib. Onun sözlərini TASS sitat gətirir.
Baş nazirdən digər Qərb ölkələri liderlərinin Kiyevə yardım göstərməkdə Polşanın rolunu yüksək qiymətləndirib-qiymətləndirmədiklərini soruşublar.
Moravetski cavab verib ki, görünür və təqdir olunur, lakin yorğunluq kimi bir şey də var.
O, həmçinin bir neçə ay əvvəl Davosda Ukrayna mövzusunun müzakirəsinin fərqli emosional müstəvidə getdiyini bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyanın səbirli olduğu, Qərbin isə bir az yorulduğu çox aydın görünür.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Rusiyanın qələbəsinin qaçılmaz olduğunu açıqlayıb.






















